Press "Enter" to skip to content

Beynəlxalq Əlaqələr Komissiyası geniş proqramla çıxış edib

Toplantıdan görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya MŞ-dən oktyabrın 24-də veriblər.

Komissiyanın sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərlinin təklifi ilə əvvəlcə Komissiyanın Əsasnaməsi müzakirə edilib. Sənəd əlavə və düzəlişlər nəzərə alınmaqla qəbul edilib. Daha sonra Komissiyanın qarşıdakı bir il üçün Fəaliyyət Planının layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Müəyyən təkliflər daxil edilməklə plan məqbul qiymətləndirilib.

Toplantıdan görüntü
Toplantıdan görüntü

“Komissiya üzvləri qərara alıblar ki, qurum söz və ifadə azadlığının inkişafı sahəsində iş aparan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri qursun, bunun üçün MŞ adından müvafiq müraciətlər ünvanlansın. Həmçinin, media ilə bağlı beynəlxalq tendensiyaların izlənilməsi, uyğun reaksiyaların verilməsi də Komissiyanın vəzifələrindən biri kimi təsbit edilib”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, Komissiyada MŞ İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli ( komissiyanın sədri), Yeganə Hacıyeva, Fərid Pərdəşünas, Umud Mirzəyev, Azər Həsrət, Aqil ƏləsgərYadigar Məmmədli təmsil olunur.

Mission News Theme by Compete Themes.