Son yeniləmə: 24 Oktyabr 2022 12:32
BAYRAQDAR MEDİA – Son vaxtlar İranda baş verənlər dünyanın diqqətini yenidən bu ölkəyə yönəldib.
Artıq İranın mövcud rejiminin xalqa qarşı divan tutması xarici ölkələrdə də etirazla qarşılanır.
Növbəti belə etiraz aksiyası sentyabrın 23-də Almaniyanın paytaxtı Berlində olub.
Dünyanın müxtəlif yerlərindən gələn on minlərlə insan İran molla rejiminin son addımına etiraz etmək üçün bu şəhərdəki Qələbə sütunu ətrafında toplaşıblar.
Aksiyada İrandakı bütün xalqlar öz bayraqlarını dalğalanıb. O cümlədən Güney Azərbaycan milli mübarizə bayrağı da aksiyada dalğalandırılıb.
Araz News xəbər verir ki, aksiyada Güney Azərbaycanlılar həmçinin əllərində “Azadlıq, Ədalət, Milli Hökumət” yazılmış şüarlar da tutublar.