Press "Enter" to skip to content

Badamdarda küçələrin təmiri yekunlaşır – VİDEO

Təmir zamanı

Son yeniləmə: 24 Oktyabr 2022 15:28

BAYRAQDAR MEDİA – Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər paytaxtın Səbail rayonunu da əhatə edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən rayonun Badamdar qəsəbəsi üzrə 16-cı və Tofiq Məmmədov küçələrində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumata əsasən, 560 metr uzunluğa malik olan Tofiq Məmmədov küçəsinin eni ortalama 9,5 metr təşkil edir: “Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunub. Uzunluğu 570 metr təşkil edən 16-cı küçədə sadalanan işlərlə yanaşı, küçəboyu 130 poqonometr bordür daşları düzülüb. Hazırda hər iki küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilməklə küçələrdə müasir yol infrastrukturu yaradılacaq”.

Qeyd olunub ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Səbail rayonu üzrə ümumilikdə uzunluğu 9 kilometr olan küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri aparılır.

Mission News Theme by Compete Themes.