Son yeniləmə: 24 Oktyabr 2022 10:31
Səid Əzizi qurumun Avropa təmsilçisi təyin edilib
BAYRAQDAR MEDİA – Son vaxtlar İranda cərəyan edənlər Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan təşkilatları daha da fəallaşdırıb. Bu da təbiidir. Çünki İranda baş verəcək hər hansı dəyişikliyə Güney Azərbaycanlılar da hazır olmalıdır.
Bu baxımdan Azərbaycan Milli Dirəniş Təşkilatının son addımları da diqqətdən yayınmır.
Məlumat üçün bildirək ki, oktyabrın 23-də təşkilatın Avropa təmsilçisi təyin edilib. Təşkilatdan bununla bağlı verilən məlumatda deyilir: “Azərbaycanın əmək vermiş fəalı Səid Əzizi üzv olma mərhələlərini keçərək azadlıq mübarizəsinin davamı adına Azərbaycan Milli Dirəniş Təşkilatının Avropa təmsilçisi olaraq təyin edilib. İnanırıq ki, Səid Əzizi cənabları uzun sürəli mübarizə təcrübələrinə dayanaraq yeni təşkilat görəvlərində Azərbaycan millətinin azadlıq mübarizəsinə təqdirə şayan nailiyyətlər qazandıracaq. Səid bəy Əziziyə başarılar diləyi ilə Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şurası”.