Press "Enter" to skip to content

Türk dövlətlərinin dil birliyi üçün növbəti addım

Türk Devletleri Teşkilatı

“Ortaq əlifba komissiyası” yaradılıb

BAYRAQDAR MEDİA – Türk dövlətlərinin ortaq əlifbaya keçid prosesini sürətləndirmək məqsədilə “Ortaq əlifba komissiyası” yaradılıb.

Bu barədə Anadolu Ajansı (AA) məlumat yayıb.

Məlumatda deyilir: “AA müxbirinin əldə etdiyi məlumata görə, Dil Bayramının 90-cı ildönümü münasibəti ilə keçən ay Bursada keçirilən “Türk Dünyası Ortaq Əlifba Çalıştayı”nda Türk Dövlətləri Təşkilatına (TDT) təqdim olunacaq qərarlar qəbul edilib. Tədbir Türk Dil Qurumunun (TDK) sədri Gürer Gülsevinin sədrliyi, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri və AK Parti sədrinin müavini Binali Yıldırımın iştirakı ilə keçirilib. TDK və TDT ilə əməkdaşlıq çərçivəsində keçirilən və türk dövlətlərindən olan alimlərin ölkələrində istifadə olunan əlifba və tarixi proseslər haqqında məlumat verdikləri seminarda ortaq əlifbaya keçidin sürətləndirilməsinin vacibliyi vurğulanıb”.

Məlumatda daha sonra deyilir ki, seminarda türk dünyasının ortaq əlifbası üçün TDT-nin nəzdində “Ortaq əlifba komissiyası”nın yaradılması qərara alınıb: “Türk respublikalarının dillə bağlı rəsmi qurumlarının təqdimatı ilə hər dövlətdən 2 nəfərin daxil olacağı komissiya TDT Ağsaqqallar Şurasına ortaq əlifba və onun əsasında formalaşdırılacaq milli əlifbalar haqqında hesabat hazırlayacaq”.

Mission News Theme by Compete Themes.