Press "Enter" to skip to content

Səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq

Görüş zamanı

Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – “Azərbaycanla Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrin mövcuddur”.

Bunu səhiyyə naziri Teymur Musayev Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə nazirlikdə keçirilən görüşdə deyib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir T.Musayev T.Y.Tormanı Macarıstanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

İki ölkə arasında səhiyyə sahəsində əlaqlərədən bəhs edən nazir deyib: “Əczaçılıq sahəsində də əlaqələrimiz dinamik inkişaf edir. Bildiyiniz kimi, əczaçılıq sənayesi 21-ci əsrin ən mühüm sektorlarından biridir. Tarixən Macarıstan əczaçılıq məhsulları keyfiyyətinə görə seçiliblər. Deyə bilərəm ki, Azərbaycanda səhiyyə mütəxəssislərinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub. Eyni zamanda, ölkələrimiz arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlığın yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün hər cür şərait var”.

COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan T.Musayev vurğulayıb ki, Azərbaycan-Macarıstan əlaqələri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır.

Sonda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Məlumata əsasən, öz növbəsində səfir son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirib: “Hazırda 1200-ə yaxın Azərbaycan vətəndaşı Macarıstanın ali təhsil ocaqlarının tələbələridir. Buna baxmayaraq, hesab edirəm ki, tibb təhsili alan tələbələrin sayının artırılması zəruridir”.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.