Press "Enter" to skip to content

Məktəb psixoloqları üçün kitab

Mehriban Vəliyeva

Son yeniləmə: 21 Oktyabr 2022 14:07

BAYRAQDAR MEDİA – “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimat mərasimi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan kitabın təqdimat mərasimində BŞTİ müdiri Mehriban Vəliyeva, millət vəkili Tamam Cəfərova, Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvləri Rüfət Əsədzadə və Pərvanə Məmmədova, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəb psixoloqları, məktəb direktorları və digər qonaqlar iştirak ediblər.

AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı kitabın dərc olunmasında əsas məqsəd barədə danışıb. O, həmçinin layihənin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini söyləyib.

Sonra BŞTİ müdiri Mehriban Vəliyeva çıxış edəb: “M.Vəliyeva kitabın ümumi təhsil məktəblərində psixoloji işin təşkilinə, uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Məktəb psixoloqlarının bilik və bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyindən danışan İdarə müdiri faydalı təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib”.

M.Vəliyeva məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi əhatəli vəsaitin ilk dəfə işıq üzü gördüyünü deyib.

Tədbirdə çıxış edən millət vəkili Tamam Cəfərova məktəb psixoloqları üçün stolüstü kitab rolunu oynayan bu zəruri vəsaitin onların peşə fəaliyyətləri zamanı nəzəri və təcrübi bələdçisi missiyasını yerinə yetirəcəyini bildirib.

Tədbirdə çıxış edən kitabın həmmüəllifi və elmi redaktoru Laləzar Cəfərova, Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev, 205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova “Məktəb psixoloqunun stolüstü kitabı”nı məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək kimi dəyərləndiriblər: “Eyni zamanda yeni nəşr olunan bu vəsaitin geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodlarının praktiki tətbiqini əhatə edən bir mənbə olduğu diqqətə çatdırılıb. Kitab tədbirdə iştirak edən 200 məktəb psixoloquna hədiyyə edilib. Gələcəkdə bu istiqamətdə başqa layihələrin reallaşdırılacağı da diqqətə çatdırılıb”.

Mission News Theme by Compete Themes.