Press "Enter" to skip to content

“Hər şey müharibə ilə qurtardı”

Filmin nümayişi zamanı

Son yeniləmə: 21 Oktyabr 2022 15:21

BAYRAQDAR MEDİABakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Rzayev Qasım Qara oğluna həsr olunmuş “Hər şey müharibə ilə qurtardı” filmi nümayiş olunub.

Baş İdarədən bildirilib ki, tədbirdə 288 nömrəli tam orta məktəbin 9-cu, 8-ci, 7-ci və 166 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri, müəllim kollektivi iştirak edib: “Tədbirin aparıcısı Nuranə Davrinbəyova Milli Qəhrəman Qasım Rzayevin şərəfli həyat yolu haqqında geniş məlumat verib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında 2010-cu ildən vətənpərvərlik mövzusunda Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Azərbaycanın Milli qəhrəmanları haqqında 40-dan çox sənədli film çəkilib. “Hər şey müharibə ilə qurtardı” filmi də bu filmlər sırasında yer alır”.

Filmin ssenari müəllifi və rejissoru Namiq Qurbanovdur. Rzayev Qasım Qara oğlu 5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində doğulub.

Mission News Theme by Compete Themes.