Əsrlikdən qayıdan ukraynalı qadınlar rus zülmündən bəhs ediblər
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi bu günlərdə Ukrayna ilə Rusiya arasında növbəti əsir dəyişikliyi baş tutub. Bu dəyişikliyi əvvəlkilərdən fərqləndirən isə bu dəfə 108 ukraynalı qadın əsirin azad edilməsidir.
Əsirlikdən azad olunan ukraynalı qadınlar tükürpədici məlumatlar veriblər. Bəlli olub ki, onları hər gün səhər və axşam döyürlərmiş.
Rusiya əsirliyindən azad edilən qadınlar jurnalistlərə saxlanma şəraiti barədə danışıblar.
Məlumata əsasən, qadınlardan biri deyib: “Onlar insan deyil, bizi döyürdülər, zülm edirdilər. Qadınları döyürdülər. Əsasən qadınlar qadınları döyürdülər. Bizi hər səhər və hər axşam döyürdülər. Bizi təkcə Valuykidə (Belqorod vilayəti) saxlayanda döymədilər. Amma orda da psixoloji zülm etdilər”.