Press "Enter" to skip to content

“Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi

İclas zamanı

BAYRAQDAR MEDİA – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Vergi Xidməti, hımçinin bir sıra dövlət qurumlarının, işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər: “İclasda Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Әlverişli biznes mühiti” layihəsi barədə danışıb, bu layihənin ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektoruninkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərinin müqayisəli qiymətləndirilməsi kimi komponentlərə söykəndiyini diqqətə çatdırıb. Bildirilib ki, “Әlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyini 3 mərhələdən ibarət olmaqla 10 indikator əsasında qiymətləndirəcək. Bu meyarlardan biri də “Biznesə daxilolma” indikatorudur ki, işçi qrup tərəfindən konsepsiya komponentləri əsasında sahənin ilkin qiymətləndirməsi, təhlili və diaqnostikası aparılıb, Yol Xəritəsi və diaqnostika matrisası tərtib edilib”.

Məlumata əsasən, sonra Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva çıxış edib: “S.Mustafayeva iclas iştirakçılarına “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılan islahatlar barədə danışıb. Qeyd edilib ki, “Bir prosedurla qeydiyyat” layihəsi Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən xüsusi mükafata da layiq görülüb”.
S.Musayeva həmçinin Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin təqdimatını edib və qarşıda duran vəzifələr barədə danışıb: “2022-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verən DVX-nin rəis müavini müvafiq sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün diaqnostika matrisasının hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, matrisa çərçivəsində daha geniş sahənin qiymətləndirilməsi həyata keçiriləcək”.

Tədbirdə həmçinin, Sonra Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova, “KPMG Azerbaijan Limited” şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarəedici direktoru Zibər Hüseynova çıxış ediblər.
Sonda DVX-nin rəis müavini Samirə Musayeva işçi qrupun özəl sektor, ictimai birliklər və konsaltinq şirkətləri tərəfindən təqdim ediləcək bütün təkliflərin müzakirəsi üçün səmərəli platforma olduğunu bildirib.

Qeyd edək ki, Dünya Bankı Qrupunun “Әlverişli biznes mühiti” layihәsinin “Biznesə daxilolma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Mission News Theme by Compete Themes.