BAYRAQDAR MEDİA – Oktyabrın 20-də Şərqi Zəngəzur İqtisadi Rayonunda Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan açılış mərasimində iştirak edib.
Prezidentlər hava limanının rəmzi açılışını bildirən lenti kəsib, ardından da onlara limanın rəmzi açarları təqdim edilib.

Bundan sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, qardaş ölkənin Cümhurbaşqanı oktyabrın 20-də Ankaradan birbaşa reyslə yeni hava limanına eniş edib. Bununla da Zəngilan Beynəlxalq Hava Limanına eniş edən ilk təyyarələr Azərbaycan və Türkiyə dövlət başçılarına aid olub.

Əlavə edək ki, Türkiyə Cümhurbaşqanı açılışla bağlı sosial mediada paylaşım da edib.
Zengilan Havalimanı Açılışı 📌 Azerbaycanhttps://t.co/bZP0zUCHgY
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 20, 2022