Press "Enter" to skip to content

Türkmənlər hökumətdə təmsil olunmalıdırlar

Görüş zamanı

Son yeniləmə: 20 Oktyabr 2022 11:41

BAYRAQDAR MEDİAİraq Türkmən Cəbhəsinin rəhbəri və Birləşmiş İraq Türkmən Cəbhəsi siyahısı rəhbəri Həsən Turan Milli Hikmət Hərəkatının rəhbəri Əmmar əl-Həkimlə görüşüb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, toplantıda Türkmən Vəfa Hərəkatının sədri Feryad Tuzlu, ITF-in vitse-prezidenti Heytem Haşim Muxtaroğlu, millət vəkili və ITC Siyasi Bürosunun üzvü Lokman Rəşidiyeli iştirak edib: “Görüşdə siyasi proseslər və prezident seçilməsi, konstitusiya quruluşunun təmin edilməsi və türkmənlərin konstitusiya hüquqlarının təmin edilməsinə dair müzakirə aparılıb. İraq Türkmən Cəbhəsinin rəhbəri türkmənlərin hökumət kabinetinə daxil edilməsinin vacibliyini bəyan edib. H.Turan onların İraqdakı fədakarlıqlarını və siyasi proseslərdə fəal rol oynadığını bildirib, türkmənlərin İraqdakı hakim qurumlarda iştirakının vacibliyini vurğulayıb”.

Mission News Theme by Compete Themes.