Press "Enter" to skip to content

Quzey Makedoniya üçün tarix

Tanya Fajon (solda) və Bujar Osmani

Son yeniləmə: 1 Fevral 2023 11:52

BAYRAQDAR MEDİA – “Quzey Makedoniya 2030-cu ildə Avropa Birliyinə üzv ola bilər”. Bunu Sloveniyanın xarici işlər naziri Tanya Fajon bildirib.

Məlumata əsasən, o, Quzey Makedoniya Makedoniyanın paytaxtı Skopyedə xarici işlər naziri Bujar Osmani ilə görüşüb. T.Fajon bildirib ki, 2030-cu ilə qədər üzvlük real və əldə edilə bilən hədəfdir.

Quzey Makedoniyanın üzvlük danışıqlarına başlaması münasibəti ilə ölkəni və xalqını təbrik edən T.Fajon deyib: “Mən prosesin başlanğıcının ağrılı və çətin olduğunun fərqindəyəm, lakin indi diqqət islahatlar prosesinə yönəldilməlidir. Bu, bütün vətəndaşların xeyrinə olacaq”.

Sloveniyanın AB üzvlük prosesində Quzey Makedoniyaya kömək etməyə davam edəcəyini deyən T.Fajon, iki ölkə arasında əməkdaşlığın xüsusilə siyasi və iqtisadi sahədə çox yaxşı səviyyədə olduğuna diqqət çəkib.

 

Mission News Theme by Compete Themes.