Press "Enter" to skip to content

Metodiki seminarlar başa çatıb

Metodiki seminarlar zamanı

Son yeniləmə: 20 Oktyabr 2022 16:27

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən metodiki seminarlar başa çatıb.

BŞTİ mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, sonuncu sessiyalar Səbail, Yasamal və Sabunçu rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib: “Seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, TDM-in nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər”.

Məktəb direktorları üçün təşkil olunmuş seminarlarda TDM-in direktoru İ.Həsənov məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, davamiyyətin tənzimlənməsi, səmərəli idarəetmənin rolunun artırılması və digər müvafiq məsələlərdən danışıb: “Digər sessiyalarda təmayülləşmə, layihələrin icrası, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılmasının üsul və formaları, valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb”.

Məlumatda o da qeyd edilib ki, metodiki seminarlar zamanı BŞTİ-nin müdiri Mehriban Vəliyeva və müvafiq struktur bölmə rəhbərləri ümumi prosesin gedişini müşahidə ediblər: “Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən metodiki seminarların keçirilməsində əsas məqsəd tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir”.

Mission News Theme by Compete Themes.