Press "Enter" to skip to content

Mətbuat Şurasında yeni şikayətlərə baxılıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının ilk toplantısında yeni daxil olan şikayətlərə baxılıb.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya oktyabrın 20-də MŞ-dən veriblər.

MŞ sədr müavini, sözügedən Komissiyanın sədri Vüqar Zifəroğlunun gündəlik haqda məlumat verməsindən sonra ayrı-ayrı məsələlərə baxılıb.

Qeyd edilir ki, toplantıda 6 ayrı şikayətə baxılıb: “Şuranın Katibliyi tərəfindən şikayətçi və cavabdeh media orqanları ilə aparılmış söhbətlər, tərəflərin diqqətinə çatdırılmış anlaşma təklifləri və buna onların münasibətləri nəzərdən keçirilib, mövcud istiqamətdə fikir mübadiləsi aparılıb”.

Toplantıdan görüntü
Toplantıdan görüntü

Daha sonra bildirilir ki, “müzakirələrdən sonra müvafiq rəylər çıxarılıb. Rəylərdə əsasən mediaya qarşı tərəfin mövqeyinin işıqlandırılmasına sayğılı yanaşmaq, ona öz fikirlərini çatdırmaq üçün şərait yaratmaq tövsiyə edilib. Komissiyanın müxtəlif məsələlərlə bağlı rəylərində həmçinin şikayətçi tərəfə aidiyyəti üzrə müraciət ünvanlamaq tövsiyəsi də yer alıb”.

Toplantıdan görüntü
Toplantıdan görüntü

O da qeyd edilir ki, qaydalara uyğun olaraq bütün şikayətlər MŞ İdarə Heyətində də müzakirəyə çıxarılacaq, onlarla əlaqədar yekun qərarlar burada qəbul ediləcək.

Mission News Theme by Compete Themes.