Press "Enter" to skip to content

İsraildə beynəlxalq sammit keçirilib

Sammit zamanı

Son yeniləmə: 20 Oktyabr 2022 17:00

BAYRAQDAR MEDİA – İsraildə ilk dəfə olaraq “Agrİsrail 2022- Dəniz və səhrada qida yetişdirilməsi” mövzusunda beynəlxalq sammit keçirilib. Sammitdə dünyanın müxtəlif ölkələrinin kənd təsərrüfatı nazirliklərinin rəhbər şəxsləri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən ekspert və mütəxəssislər iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 20-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov təmsil edib: “Tədbiri giriş sözü ilə açan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer dünyada baş verən iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyinin təmini və qidaya olan tələbatın ödənilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbir iştirakçıları aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar”.

Məlumata əsasən, S.Cəfərov “Ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri” mövzusunda panel müzakirələrdə çıxış edib: “O. Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyalarının geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunun rəqəmsallaşmasına xüsusi diqqət yetirir. Qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir və istənilən səmərəli tərəfdaşlığa açıqdır”.

Sammitdə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində S.Cəfərov kənd təsərrüfatı sahəsində İsraildə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların cəlb olunduğu təcrübə proqramının gedişi ilə maraqlanıb. Həmçinin onun Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerləri olub.

Mission News Theme by Compete Themes.