Press "Enter" to skip to content

Daha bir şəhid ailəsi qardaş ölkəyə yola salınıb

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Vətən müharibəsində şəhid olmuş mayor, hərbi pilot Qasımov Abbas Rza oğlunun ailəsi də “Qardaş ailə” layihəsi çərçivəsində Türkiyəyə yola salınıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabelyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) tərəfindən birgə icra olunur.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 20-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Azərbaycandakı səfirliyində ailənin yolasalma mərasimi olub: “Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Fondun sədr müavini Səfər Mehdiyev, TUİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, Azərbaycan və Türkiyədən olan millət vəkilləri iştirak ediblər”.

Qeyd olunub ki, layihə çərçivəsində şəhidin ailə üzvləri Türkiyənin Urfa şəhərində olacaq, Urfa və ətraf şəhərləri gəzib həmin bölgənin görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar: “Səfər çərçivəsində Türkiyədə Qasımovlar ailəsi ilə bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, bundan əvvəl layihə çərçivəsində ötən ay şəhid mayor İlkin Əhədzadənin ailə üzvləri Türkiyədə səfərdə olub, 4 gün ərzində Sivas və ətraf şəhərlərin görməli yerləri, tarixi abidələri ilə tanış olublar”.

Mission News Theme by Compete Themes.