BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə 2022-ci ilin yanvar-sentyabr aylarında 120 min 426 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir: “Ötən dövrdə həmin e-xidmət vasitəsilə 485 min 134 şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb. Bununla da onların sosial sığorta sistemində iştirakı təmin edilərək fərdi şəxsi hesablarında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamalarına şərait yaradılıb”.