Press "Enter" to skip to content

Tamaşaçılar üçün “Sevgi dili”

Tədbir zamanı

Son yeniləmə: 19 Oktyabr 2022 12:45

BAYRAQDAR MEDİABakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında türk sənətçi Özgür Akçayın və Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında kompozisiya təqdim olunub.

Bu barədə Baş İdarədən məlumat verilib.

Bildirilib ki, layihənin rəhbəri Ö.Akçay yaradılan şəraitə görə, idarənin rəhbərliyinə təşəkkürünü bildirib, ardınca film haqqında tamaşaçılara qısa məlumat verib: “Sonra Bakı Uşaq və Gənclər Teatrın aktyorları Mehman Piriyev İ. Nəsiminin “Etməgil”, M. Füzulinin “Pənbeyi dağı cünun” , Gülər Ləzgiyeva N.Gəncəvinin “Sənsiz”, İ. Nəsiminin “Dedim, dedi” qəzəlləri əsasında hazırlanmış kompozisiya təqdim ediblər”.

O da vurğulanıb ki, daha sonra türk sənətçi Özgür Akçayın “Sevgi dili” filmi nümayiş olunub.
Film tamaşaçılar tərəfindən maraqla izlənilib.

Mission News Theme by Compete Themes.