Press "Enter" to skip to content

Peşə hazırlığının təşkili davam edir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili davam edir. Agentliyin Bakı, Göyçay və Gəncə Peşə Hazırlığı mərkəzlərində yeni kursların tədrisinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, Göyçay Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslar proqramla idarə olunan dəzgahların operatoru, intensiv bağçılıq üzrə işçi, bərbər-vizajist-manikürçü, ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, istixana operatoru sahələrini əhatə edir: “Gəncə Peşə Hazırlığı Mərkəzində laborant-mikrobioloq, ərzaq və qeyri-ərzaq malları satıcısı, Bakı Peşə Hazırlığı Mərkəzində isə aşpaz sahələrini əhatə edir. Ümumilikdə, kurslara 170-ə yaxın işsiz şəxs cəlb olunub. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində keçiriləcək peşə hazırlığı kurslarında müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq”.

Kursu uğurla bitirən şəxslərin işlə təmin olunmasına dəstək göstəriləcək.

Mission News Theme by Compete Themes.