Press "Enter" to skip to content

Müstəqil ekspert qismində iştirak edən şəxslərlə onlayn görüş

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert qismində iştirak edən şəxslərlə onlayn görüş təşkil edilib. Onlayın görüş DİM-in Müsahibələrin təşkili şöbəsinin müdiri Xədicə Əzimova və şöbənin digər əməkdaşlarının iştirakı ilə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 19-da DİM-dən məlumat verilib.

Məlumata əsasən, görüşdə 2022-ci il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələr təhlil edilib: “Onlayn müsahibələrin üstünlükləri və yaranan çətinliklər, müsahibələrin keçirilmə prosesinin təkmilləşdirilməsi, o cümlədən namizədin potensialından istifadə imkanlarının aşkara çıxarılması və vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün meyarlar üzrə hərtərəfli qiymətləndirilməsi, onların səriştə və bacarıqlarının düzgün müəyyən edilməsi məqsədilə spesifik müsahibə suallarının hazırlanması ilə bağlı müzakirələr aparılıb”.

Görüşdə iştirak edən ekspertlər müzakirə olunan məsələlərlə bağlı öz fikir və təkliflərini bildiriblər.

Mission News Theme by Compete Themes.