Press "Enter" to skip to content

Məktəblilər MEK-də olublar

S.S.Axundov adına 172 saylı tam orta məktəbin şagirdləri MEK-də

Son yeniləmə: 19 Oktyabr 2022 14:20

BAYARQDAR MEDİA – Bakı şəhəri Suraxanı rayonu S.S.Axundov adına 172 saylı tam orta məktəbin şagirdləri, kitabxana müdiri Çinarə Hüseynova və Uşaq Birliyinin rəhbəri Aysel Abbasova ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu barədə BAYRAQDR MEDİA-ya MEK-dən məlumat verilib.

Bildirilib ki, məktəblilər ilk öncə MEK-in təşkil etdiyi “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar sərgiyə baxış keçiriblər: “Burada sərgilənən müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafına göstərdiyi mübarizədən bəhs edən nəşrlərlə tanış olublar. Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova məktəbliləri kitabxana ilə yaxından tanış edib”.

Məlumata əsasən, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə Azərbaycan kitabxana sistemində ilk olan bu fondun yaranma tarixi, fəaliyyəti və burada sərgilənən nəşrlər haqqında ətraflı məlumat verib: “O, eləcə də şəhid ailələrinin fonda hədiyyə etdiyi kitablarla şagirdləri tanış edib. “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!” başlıqlı stendlər, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adlarından ibarət Azərbaycan xəritəsinin yerləşdiyi “Qarabağ Azərbaycandır!” guşəsi məktəblilərin böyük marağına səbəb olub”.

Sonda MEK tərəfindən məktəbin kitabxanasına nəşrlər hədiyyə edilib.

Mission News Theme by Compete Themes.