Son yeniləmə: 19 Oktyabr 2022 13:50
BAYRAQDAR MEDİA – Ağır yaralanan qazilərdən biri – Ələkbərov Ömər Teymur oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir: “Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib”.