Press "Enter" to skip to content

9 ayda beş minə yaxın müraciət

BAYRAQDAR MEDİA – 2022-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan qurumlara 4 min 986 vətəndaş müraciəti daxil olub. Bu müraciətlərdən 4 min 223-ü müvafiq qaydada icra olunub, 332-si icradadır. 431 müraciət isə məlumat xarakterlidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 19-da Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müraciətlər əsasən elektrik enerjisi və qaz təchizatı, elektrik avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma,bərpa olunan enerji, təşəkkürvə digər mövzularla bağlı olub: “Hesabat dövründə Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 166 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 76 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb”.

Mission News Theme by Compete Themes.