Press "Enter" to skip to content

9 ay ərzində vergi ödəyicilərinə göstərilən xidmətlər

BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 337 min 445 şəxs qəbul edilib, onlara 633 min 233 xidmət göstərilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu xidmətlər, əsasən,vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, fiziki şəxsin uçota alınması və yenidən uçota alınması, qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi,Asan İmza sertifikatının təqdim edilməsi və digər məsələlərlə bağlı olub.

2022-ci ilin 9 ayı ərzində vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 3 min 577 ödəyicinin iştirakı ilə 210 görüş keçirilib, 4 min 761 ünvanlı xidmət tədbiri təşkil olunub: “Vergi ödəyicilərindən daxil olmuş 13 minə yaxın yazılı müraciət cavablandırılıb. Hesabat dövründə vergi ödəyicilərinə 9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə isə onlarınmobil nömrələrinə 465 mindən çox SMS göndərilib”.

2022-ci ilin 9 ayında vergi ödəyicilərinin müraciəti üzrə 30 min 834 Asan İmza sertifikatı verilib.

Mission News Theme by Compete Themes.