Press "Enter" to skip to content

7 milyonuncu Qırğızıstan vətəndaşı dünyaya gəldi – VİDEO

Sözügedən qəbuldan görüntü

Son yeniləmə: 19 Oktyabr 2022 14:22

BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstan əhalisinin sayı 7 milyona çatıb. 19 oktyabr 2022-ci ildə bu ölkənin 7 milyonuncu vətəndaşı dünyaya gəlib.

Xəbəri BAYRAQDAR MEDİA-ya Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Xəbərdə deyilir ki, Prezident Sadır Caparov bu münasibətlə Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov və səhiyyə naziri Gülnara Baatırovanı qəbul edib.

B.Kudaybergenov bildirib ki, qurumlararası komissiya müşahidə apararaq müəyyən edib ki, ölkənin 7 milyonuncu vətəndaşı oktyabrın 19-u saat 2.10-da Batken vilayətinin Kızıl-Kiya şəhərində dünyaya gəlib.

G.Baatırova isə bildirib ki, 7 milyonuncu vətəndaş fermer Valican Abdurasulovun ailəsində doğulub. Uşağın anası 1982-ci il doğumlu Aycarkın Sıracdinovadır. Yeni doğulan körpə ailənin dördüncü övladıdır.

Prezident S.Caparov körpənin ailəsinə zəng edərək onları təbrik edib. O, ümid etdiyini bildirib ki, 7 milyonuncu qırğız vətəndaşı ölkəsinin layiqli övladı kimi yetişəcək.

Fürsətdən istifadə edən körpənin anası Prezidentdən uşağa ad verməsini xahiş edib. S.Caparov təklif edib ki, ona Cakşılık (Yaxşılıq) adı verilsin. O, bunun ölkənin inkişafı və çiçəklənməsinə işarə olduğunu qeyd edib.

Xəbərdə o da deyilir ki, dövlət körpənin adına 1 milyon som pul ayıracaq və o, 18 yaşına çatdıqdan sonra həmin puldan istədiyi kimi istifadə edə biləcək.

Mission News Theme by Compete Themes.