Press "Enter" to skip to content

Ukrayna Çeçenistanı Rusiyanın işğal etdiyi ərazi kimi tanıdı

Ukrayna azad olacaq!

BAYRAQDAR MEDİA – Ukrayna Ali Radası (parlamenti) oktyabrın 18-də Çeçenistanın dövlət müstəqilliyini tanıyan qanun layihəsini qəbul edib. Daha doğrusu, qanunda bu ifadə “Rusiya tərəfindən müvəqqəti işğal edilmiş” kimi keçir.

Xəbər Ukrayna parlamentinin rəsmi saytında yayımlanıb.

Xəbərdə deyilir ki, Ali Rada İçkeriya Çeçen Respublikası ərazisinin Rusiya Federasiyası tərəfindən işğalını qəbuledilməz elan edir və oradakı rejimi işğalçı kimi tanıyır.

Daha sonra qeyd edilir ki, Rada BMT-nin üzv dövlətlərini və beynəlxalq qurumları müvəqqəti işğal altında olan İçkeriya Çeçen Respublikası ərazisində törədilmiş cinayətləri təcili araşdırmağa çağırır. Eyni zamanda bu əməlləri törədənlərin məsuliyyətə cəlb edilməsi çağırışı da sənəddə yer alır. Həmçinin qeyd edilir ki, beynəlxalq ictimaiyyət Rusiyanın çeçen xalqına qarşı tətbiq etdiyi soyqırıma da uyğun qiymət verməlidir.

Ali Radanın ictimailəşdirdiyi məlumatdan aydın olur ki, qanun layihəsinin lehinə 287 deputat səs verib. Əleyhinə səs verən və ya bitərəf qalan olmayıb. Lakin Radanın 351 deputatından 64-ü ümumiyyətlə səsvermədə iştirak etməyib.

Mission News Theme by Compete Themes.