Press "Enter" to skip to content

Türk turistlər ikinci sıradadır

BAYRAQDAR MEDİA – 2022-ci ilin ilk 8 ayında Serbiyanın paytaxtı Belqradı ziyarət edən turistlər arasında birinci yerdə ruslar, ikinci yerdə isə türklər olub.

Belqrad Turizm Təşkilatının paylaşdığı məlumatlara görə, bu ilin ilk 8 ayında Belqradı 719 min 447 turist ziyarət edib.

Məlumata əsasən, avqustun sonuna qədər Belqradı ziyarət edən turistlər siyahısında ruslar 46 min 990 ziyarətçi ilə birinci, türklər isə 46 min 232 ziyarətçi ilə ikinci yerdədir: “Almanlar 39 min 465 ziyarətçi ilə üçüncü, Bosniya və Herseqovina 35 min 714 ziyarətçi ilə dördüncü, xorvatlar isə 28 min 100 ziyarətçi ilə beşinci yerdədir”.

2021-ci ildə Belqradı ziyarət edən türklərin sayı 22 mini keçib: “Keçən il şəhəri ziyarət edən türk turistlərin sayı 22 min 113 nəfər olmaqla 4-cü yerdə qərarlaşıb. Bosniya və Herseqovina 35 min turistlə birinci, ruslar 31 min 469 nəfərlə ikinci, almanlar isə 25 min 609 turistlə üçüncü olub”.

Mission News Theme by Compete Themes.