Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatından Azərbaycanla bağlı paylaşım

Türk Devletleri Teşkilatı

Bağdad Amreyev: Azərbaycanın 31 ildə əldə etdiyi böyük irəliləyiş bütün dünya tərəfindən təqdir edilir

BAYRAQDAR MEDİA – “Qurucu üzvümüz Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 31-ci ildönümünü qeyd etdiyimiz bu mühüm gün münasibətilə Azərbaycan Hökumətini və onun qardaş xalqını ən səmimi hisslərimlə təbrik etməkdən xoşbəxtəm”.

Bu sözlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı Türk Dövlətləri Təşkilatının (TDT) Twitter səhifəsində edilən paylaşımda öz əksini tapıb.

Qeyd edək ki, təşkilatın Baş katibi Bağdad Amreyevin imzası ilə edilən paylaşım TDT-nin saytında da yerləşdirilib.

Paylaşımda deyilir ki, Azərbaycanın 31 ildə qət etdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi böyük irəliləyiş, regionumuzda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində oynadığı mühüm rolla yanaşı türk dünyasının birlik və həmrəyliyinin daha da inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylər təkcə türk dünyası deyil, bütün dünya tərəfindən təqdir edilir.

“Bu əlamətdar günü qeyd etmək üçün azərbaycanlı qardaşlarımıza qoşularaq, başda möhtərəm Prezident İlham Əliyev olmaqla Azərbaycan hökumətinin bütün nazirliklərinə, ictimai və özəl sektorun müəssisə və təşkilatlarına Türk Dövlətləri Təşkilatının yeni inkişaf dövrünə möhkəm addımlarla irəliləməsində göstərdikləri fasiləsiz dəstək və köməyə görə minnətdarlığımızı bildiririk. Bu münasibətlə bir daha səmimi təbriklərimi çatdıraraq, Azərbaycan xalqına ölkənin hər yerində dalğalanan şanlı bayraq altında firavan və işıqlı gələcək arzulayıram”, – deyə paylaşımda daha sonra bildirilir.

Mission News Theme by Compete Themes.