Press "Enter" to skip to content

Rotterdamda “Bayraq tariximizdən…” söhbət açılıb

Tədbir zamanı

Son yeniləmə: 18 Oktyabr 2022 15:28

BAYRAQDAR MEDİA – Niderlandın Rotterdam şəhərində “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 18-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” ofisində baş tutan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb: “Ardınca ölkəmizin dövlət müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərin və Ermənistanın müharibə cinayətləri qurbanı olmuş mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tədbirin məram və məqsədlərindən danışıb. Eyni zamanda Türkiyənin şimalında – Amasrada mədən qəzasında həlak olan şaxtaçılarla bağlı bağlı qardaş türk xalqına başsağlığı verib”.

Məruzəçi qismində çıxış edən BAK sədrinin müavini Sima Cəfərova Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin və onlara məxsus bayraqların tarixi barədə ətraflı məlumat verib: “Azərbaycan xalqına məxsus tarixi irsin bədxah qüvvələr tərəfindən talan edilməsinə baxmayaraq, bu irsin yox olmasına imkan verilmədiyini nəzərə çatdıran S.Cəfərova “İrəvan Komitəsi“ İctimai Birliyinin sədriTofiq Həsənovun tərtib etdiyi İrəvan xanlığının xəritəsini və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqlarını nümayiş etdirib. Konfransa videobağlantı vasitəsilə qatılan Azərbaycan Dillər Universitetinin dosenti,filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva müasir və müstəqil Azərbaycan Respublikasının bayrağı tarixi barədə danışıb, bu bayrağın Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpa olunması mücadiləsində oynadığı rola diqqəti cəlb edib”.

Vurğulanıb ki, BAK sədrinin müavini Sima Cəfərovanın təşşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfrasda Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin və digər diaspor təşkilatlarının üzvləri, diaspor fəalları və müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Mission News Theme by Compete Themes.