Press "Enter" to skip to content

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Nazirlər Kabineti

BAYRAQDAR MEDİA – Nazirlər Kabineti noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar verib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya oktyabrın 18-də NK-dan veriblər.

Xəbərdə deyilir ki, “iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilsin”.

Qeyd edək ki, 8 noyabr 2020-ci ilin 44 günlük Vətən müharibəsində qələbənin növbəti ildönümüdür və NK istirahət günlərinin ardıcıllığını təmin etmək üçün bu dəyişikliyə qərar verib. Noyabrın 5-i şənbə, 7-si isə bazar ertəsi gününə təsadüf edir. O baxımdan noyabrın 7-də işləməli olanlar 5-də işləməklə 6-7-8 noyabr günlərində istirahət edə biləcəklər.

Mission News Theme by Compete Themes.