Press "Enter" to skip to content

Ermənistanın müharibə cinayətləri bu gün də davam edir

Kohfrans iştirakçılarının xatirə fotosu

Son yeniləmə: 19 Oktyabr 2022 01:26

Gəncədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib

BAYRAQDAR MEDİA – Oktyabrın 17-də Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, millət vəkilləri Müşviq Cəfərov, Naqif Həmzəyev, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assossiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiyasının rəhbəri Adrian Pioçeta, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Hərbi cinayətkarlığın və barbarlığın göstəricisi

Agentlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, ermənilərin Vətən müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı keçirilən konfransdan əvvəl qonaqlar və iştirakçılar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə raket atəşinə məruz qaldığı ərazini və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi ilə tanış olublar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Ermənistanın müharibə cinayətlərindən bəhs edərkən
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Ermənistanın müharibə cinayətlərindən bəhs edərkən

Beynəlxalq konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi
Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi

Açılış nitqi ilə sözə başlayan Agentliyinin icraçı direktoru Aygün Əliyeva Gəncə terrorunun ikinci ildönümü ərəfəsində beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb.

Beynəlxalq konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb
Beynəlxalq konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb

O, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edərək deyib: “Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən müharibə cinayətləri bu gün də davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva

30 il ərzində mina partlayışı nəticəsində 3 mindən artıq Azərbaycan vətəndaşı həyatını itirib və ya xəsarət alıb. İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə, aşkar edilən kütləvi məzarlıqlar isə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir”.

Vətəndaş cəmiyyətinin nümayəndələri vəallığı davam etdirməlidirlər

Qeyd olunub ki, vətəndaş cəmiyyətinin nümayəndələri vəallığı davam etdirməlidirlər: “Regionda yaranmış yeni siyasi reallığı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığı davam etdirməli, Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında”, “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” və digər konvensiyaların normalarını kobud şəkildə pozduğunu və beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır”.

Ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Adil Tağıyev, Milli Məclisin deputatları Musa Quliyev, Müşviq Cəfərov, Naqif Həmzəyev, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pioçeta çıxış ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı.

Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov
Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov

Qeyd olunub ki, uşaqların, qocaların və qadınların terrora məruz qalması, dünya ictimaiyyətinin bu vandallığa səssizlik nümayiş etdirməsi bütün beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər.

Adrian Pioçeta: Qarabağ Azərbaycandır

Çıxışında Gəncədə ermənilər tərəfindən dinc sakinlərə qarşı törədilən terror hadisələri barədə həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması üçün çalışdıqlaırnı deyən Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pioçeta Ermənistanın bu addımını qəti şəkildə pisləyib. Regionda tezliklə əbədi sülhün əldə ediləcəyinə inandığını deyən qonaq çıxışını “Qarabağ Azərbaycandrır” sözləri ilə tamamlayıb.

Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pioçeta
Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pioçeta

Sonra çıxış edən QHT sədrləri, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov və “Təmas Regional İnkişaf” İctimai Birliyinin sədri Südabə Məmmədova baş vermiş terror hadisələrini pisləyərək bu sahədə bütün beynəlxalq təşkilatlara haqq səsimizi çatdırılması istiqamətində QHT-ləri fəal olmağa çağırıblar.

Konfrans zamanı
Konfrans zamanı

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib.

Mission News Theme by Compete Themes.