Press "Enter" to skip to content

Enerji sahəsində əlaqələrin inkişafından bəhs edilib

Görüş zamanı

Son yeniləmə: 18 Oktyabr 2022 12:13

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 18-də Nazirlikdən bildirilib.

Qeyd edilib ki, nazir səfiri təyinatı münasibətilə təbrik edərək, fəaliyyəti dövründə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın gələcək inkişafına müsbət töhfə verəcəyinə inamını vurğulayıb “Görüş zamanı qarşılıqlı münasibətlərin genişləndirilməsində, o cümlədən enerji sahəsində əlaqələrin inkişafında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd olunub. Komissiyanın 5-ci iclası üzrə protokolun icrasının gedişi və növbəti iclasa dair məsələlər müzakirə edilib”.

Məlumata əsasən, Azərbaycanda neft-qaz sektorunda strateji tərəfdaş və aparıcı investor kimi xüsusi yeri olan BP şirkəti ilə “yaşıl enerji” sahəsinin inkişafı istiqamətində əməkdaşlığın cari vəziyyəti haqqında danışılıb: “Azərbaycandan Avropaya təbii qaz ixracının artırılması, ölkəmizdə quruda və dənizdə bərpaolunan enerji potensialı haqqında məlumat verilib, karbonsuzlaşdırma, külək və günəş enerjisi, “yaşıl hidrogen” və “yaşıl elektrik” ixracı, enerji səmərəliliyi və digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.