BAYRAQDAR MEDİA – Çinin Doğu Türküstan xalqına qarşı represiyası davam edir. Məlumata əsasən, Çin tərəfindən Doğu Türküstan türklərinə qarşı tətbiq etdiyi həbs düşərgələrinə yeniləri də əlavə olunur.
Kırım Haber Ajansının xəbərinə görə, oktyabrın 4-də yayılan bir video bunu deməyə əsas verir: “Uyğur Xəbər tərəfindən yayımlanan həmin videoda Doğu Türküstanda uyğur türkləri üçün tikilmiş nəhəng düşərgələr nümayiş olunub. Çin səlahiyyətliləri həbs düşərgələrinin COVID-19 təcrid mərkəzləri olduğunu açıqlasa da, bu düşərgələrin toplama düşərgələri olduğu öyrənilib”.
Karantin məqsədilə tikildiyi iddia edilən yeni binanın kiçik bir hissəsində 42 sıra boyunca bir nəfərlik otaqlar və 82 sıra boyunca iki nəfərlik otaqlar var. 20 sıra boyunca tamamlanan hissə 1600 nəfəri təcrid etmək gücünə malikdir.
Çin Doğu Türkistan'da yeni toplama kampları mı inşa ediyor?https://t.co/TDBZerXjd9 pic.twitter.com/07jOTjkC5M
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) October 16, 2022