Son yeniləmə: 17 Oktyabr 2022 13:06
Krım tatarlarının faciəsi sənədli film vasitəsilə dünyaya çatdırılıb
BAYRAQDAR MEDİA – 7-ci Türk Dünyası Sənədli Filmlər Festivalında finala yüksələn sənədli filmlər arasında Krımın işğalından bəhs edən film də var.
Bununla bağlı məlumatda deyilir ki, “Sabah dünənin kölgəsində” adlı filmdə Rusiyanın işğalı altında olan Krımda cərəyan edən hadisələrə işıq salınır.
Filmdə Krım tatarlarına edilən zülm, qanunsuz həbslər, krımlı uşaqlar və fədakar insanların hekayəsindən bəhs edilir. “Sabah dünənin kölgəsində” bir neçə gün öncə Bursada nümayiş olunub.
Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin üzvü, rejissor Neşe Sarısoy Karatay festival və sənədli filmlə bağlı Kırım Haber Ajansına verdiyi açıqlamada bunları söyləyib: “Krımda baş verən son dramları çox təsiredici bir şəkildə ortaya qoyduğu üçün film bütün dünya tərəfindən izlənməlidir. Ümid edirik ki, bu filmi digər festivallarda da görəcəyik”.