Son yeniləmə: 17 Oktyabr 2022 11:06
BAYRAQDAR MEDİA – Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir Qazaxıstanın sifarişi ilə bu ölkədə 30 ANKA PUA üçün istehsal müəssisəsinin yaradıla biləcəyini açıqlayıb.
Bununla bağlı məlumatda deyilir ki, Gebze Texniki Universitetinin 2022-2023 tədris ili açılış mərasimində iştirak edən İ.Demir Qazaxıstanın peyk sınaq mərkəzlərini ziyarət etdiklərini və anlaşma memorandumu imzaladıqlarını bildirib.
İ.Demir ASELSAN-ın Qazaxıstanla əməkdaşlıq etdiyini bildirib. O da vurğulanıb ki, Qazaxıstanla yeni 30 ədəd “ANKA” PUA-larının istehsalı üçün ortaq istehsal müəssisəsinin yaradılması istiqamətində danışıqlar aparılır.