BAYRAQDAR MEDİA – Ermənistan Azərbaycanla sərhədə əlavə canlı qüvvə və hərbi texnika yığır.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya oktyabrın 17-də Müdafiə Nazirliyindən veriblər.
Xəbərdə deyilir: “Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.