Son yeniləmə: 14 Oktyabr 2022 12:02
BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) qardaş və və qohum icmalar üçün yeni dəstək proqramının icrasına başlayıb.
Məlumata əsasən, bu addım İnsan və Sosial İnkişaf Araşdırma Proqramı (BESKAP) çərçivəsində atılacaq. Qeyd edilib ki, BRSKAP-a müraciətlər davam edir. Proqramın məqsədi qohum və qardaş icmalara dair elmi tədqiqatları dəstəkləməkdir.
Bununla bağlı Türkiyədən və xaricdən fərdi və ya ortaq müraciətlər olacaq. Bu zaman birgə tədqiqatlara üstünlük veriləcək.
Qeyd edilib ki, proqram üçün müraciətlər 15 noyabr 2022-ci ildə başa çatacaq. Müraciət YTB-nin internet saytı vasitəsilə olacaq. 2022-ci il üçün proqramın mövzuları aşağıdakılardır: “İnstitusional ayrı-seçkilik, ana dilində təhsil hüquqları, təhsildə bərabər imkanlar, vətəndaş cəmiyyəti araşdırmaları, media təhlili, sosioloji və demoqrafik araşdırmalar və Türkiyə məzunları”.