Son yeniləmə: 14 Oktyabr 2022 16:39
BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Samux rayonunda Samux və Göygöl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl S.Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər: “Qəbul zamanı müraciət edən vətəndaşların bir hissəsini şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkil edib. Müraciətlər pensiya və ünvanlı sosial yardım, aktiv məşğulluq proqramlarına cəlbolunma, mənzillə təminat, əlillik və reabilitasiya, sosial xidmətlər və s. məsələlərlə bağlı olub”.
Hər bir müraciətə fərdi qaydada baxılaraq araşdırılıb və nəticəsinə əsasən tədbirlər görülüb: “Vətəndaşların bir qisminin müraciətlərinə uyğun olaraq özünüməşğulluq, ictimai işlər və digər aktiv məşğulluq tədbirlərinə, reabilitasiya və sosial xidmətlərə cəlb olunmaları və s. üçün qeydiyyatı aparılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib”.