Press "Enter" to skip to content

Molla rejiminin Atatürk qorxusu

Atilla Arfai

Son yeniləmə: 14 Oktyabr 2022 11:05

BAYRAQDAR MEDİA – “İranın quzeyində yaşayan 35 milyon Azərbaycan türkü İran hökumətinin zalım rejiminə qarşı yaşam mübarizəsi aparır”.

Bu barədə Kırım Haber Ajansının məlumatında qeyd edilib.

Bildirilib ki, Güney Azərbaycandan olan 16 yaşlı Atilla Arfai sentyabrın 21-də Mustafa Kemal Atatürkün şəklini telefonunda saxladığına və telefonunda türkcə yazdığına görə Təbrizdə əxlaq polisi tərəfindən döyülərək həbs edilib: “Əldə edilən məlumata görə, Arfai 20 gündür saxlandığı yerdə ağır işgəncələrə məruz qalıb”.

Vurğulanıb ki, İran rejimi ölkə daxilində xalqa təzyiqlərini davam etdirir: “Ölkədə yaşayan insanların azadlığını məhdudlaşdıran qanunlar səbəbindən bir çox insan İran əxlaq polisinin müdaxiləsinə məruz qalır”.

Qeyd edilib ki, bu təzyiqlərdən ən çox əziyyət çəkın isə Güney Azərbaycan türkləridir.

Mission News Theme by Compete Themes.