Son yeniləmə: 14 Oktyabr 2022 09:08
BAYRAQDAR MEDİA – FETÖ terror təşkilatına qarşı mübarizə Balkanlarda da aparılır. Bu günlərdə Albaniyada məhkəmənin qərarı belə deməyə əsas verir.
Məlumata əsasən, Albaniya məhkəməsi FETÖ-yə bağlı kollecin bağlanması qərarını qüvvədə saxlayıb: “Tirana Birinci İnzibati Məhkəməsi Albaniya hökumətinin ölkədə fəaliyyət göstərən FETÖ-yə yaxınlığı ilə tanınan Gülistan Vəqfinə bağlı “Mehmet Akif Ersoy Kolleci”ni bağlamaq qərarını qüvvədə saxlayıb”.
Qeyd edilir ki, kollecin bağlanmasına dair qərarın ləğvi ilə bağlı Gülistan Vəqfi məhkəməyə müraciət edibmiş. Lakin məhkəmə bu müraciəti rədd edib.
O da bildirilir ki, sentyabrın 22-də Albaniya hökuməti ölkədə fəaliyyət göstərən FETÖ-yə yaxınlığı ilə tanınan Gülistan Vəqfinə bağlı Mehmet Akif Ersoy Kollecinin bağlanmasına qərar verib.
Albaniya hakimiyyəti həmin gün Tiranada FETÖ-yə bağlı “Turqut Özal Education” şirkətinə məxsus “Zübeyde Hanım” özəl uşaq bağçasının da fəaliyyətini dayandırıb.