Press "Enter" to skip to content

Dünya yığmasının heyəti açıqlanıb

Son yeniləmə: 14 Oktyabr 2022 09:39

BAYRAQDAR MEDİA – Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına qatılacaq dünya yığmasının heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, ilk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) olacaq: “Bu idmançılardan N.Tsurtsumia daha əvvəl (2019) dünya çempionu, L.Abuladze, Z.Levay, J.Berdimuratov, T.Bisultanov və K.Milov son mundialın gümüş, A.Sultangali, A.Kulik, M.Knistautas bürünc medalçısı olub.C. Xetsuriani isə 5-ci yeri tutub. Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləri ilə mübarizə aparacaq”.

Dünya kuboku yarışına noyabrın 6-da yekun vurulacaq.

Mission News Theme by Compete Themes.