Press "Enter" to skip to content

Doqquz ayda 34 milyard kubmetrdən çox…

Son yeniləmə: 14 Oktyabr 2022 17:26

BAYRAQDAR MEDİA – 2022-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 14-də Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib: “Hesabat dövründə xaricə qaz satışı 16,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur. Doqquz ay ərzində Avropaya 8,3 milyard kubmetr, Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub”.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il oktyabrın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 200 milyard kubmetr, “Şahdəniz”dən isə 176 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 122,6 milyard kubmetr həcmi ixraca nəql edilib.

Mission News Theme by Compete Themes.