Press "Enter" to skip to content

DİM tərəfindən daha bir təlim

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – Oktyabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən “İş yerində sosial münasibətlər və təşkilati mədəniyyət” mövzusunda təlim təşkil edilib.

DİM-dən bildirilib ki, təlimdə Dövlət Turizm Agentliyinin 20 əməkdaşı iştirak edib: “Təlimdə rəhbərliklə ünsiyyət zamanı diqqət yetirilməsi vacib olan məqamlar, müşahidə etmək, problemi rəhbərliyə təqdim etmək məsələləri, razılaşılmayan məqamları rəhbərliklə müzakirə etmək üsulu, fikir ayrılıqları yaşanan zaman ortaq məxrəcə gəlmək, kollektivlə olan münasibətlərin monitorinqini aparmaq məsələləri, eyni zamanda, təşkilati mədəniyyət, onun növləri və s. barədə məlumat verilib. Sonda təlim iştirakçılarının mövzu barədə sualları cavablandırılıb”.

Qeyd edilib ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

Mission News Theme by Compete Themes.