Son yeniləmə: 14 Oktyabr 2022 11:22
BAYRAQDAR MEDİA – “Bu gün namizədliyimi açıqlayaraq, ilk gündən etibarən “Hər zaman birlikdə” deyir və bələdiyyəmizi idarə etməyə hazır olmağımız üçün dəstəyinizi istəyirəm”.
Bunu Batı Trakyada Gümülcinedən olan vəkil Caner İmam deyib. O, Yassıköy Bələdiyyəsinin sədri seçilmək üçün mübarizəyə qoşulduğunu rəsmən bəyan edib.
Verilən məlumata əsasən, bununla bağlı mətbuat konfransı keçirən Caner İmam 2023-cü ildə keçiriləcək seçkilərdə vətəndaşlardan dəstək istəyib.
2023-cü ildə keçiriləcək Yerli Rəhbərlik seçkilərində Yassıköy (İasmos) Bələdiyyəsinin rəhbəri olmaq üçün iddia qoyan C.İmam hazırda həmin bələdiyyənin Məclisinin üzvü olaraq fəaliyyətini davam etdirir.