Son yeniləmə: 13 Oktyabr 2022 13:32
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən bugünədək təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 milyon 66 min 234 manat 4 qəpik vəsait xərclənib.
Bu barədə ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib: “Bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib. “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” bölməsindən əldə edə bilərsiniz”.