Son yeniləmə: 13 Oktyabr 2022 11:05
BAYRAQDAR MEDİA – Respublika üzrə oktyabrın pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 13-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata əsasən, 2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə ödəniləcək 50 manatı da oktyabr ayının pensiyalarının üzərinə əlavə olunacaq.