Press "Enter" to skip to content

“Nar”dan ingilis dilini öyrənmək istəyənlər üçün əla fürsət

Son yeniləmə: 13 Oktyabr 2022 15:23

BAYRAQDAR MEDİA – Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70 fazi endirimlə istifadə etmə fürsəti verir.

Bu barədə verilən məlumatda deyilir ki, ingilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə “FluentWorlds” və 7.70 AZN ödəməklə “Lingokids” tətbiqlərindən yararlana bilərlər: “Üstəlik, “Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər. Bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur”.

Qeyd edilib ki, “FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır: “Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir. “Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı nar.az/fluentworldsnar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz.“Nar” endirimi olmadan “FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, “LingoKids” üçün isə 25.50 AZN-dir.Tətbiqləri “App Store” və “Play Store”dan yükləmək mümkündür”.

O da bildirilib ki, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Mission News Theme by Compete Themes.