Press "Enter" to skip to content

Min altı yüzə yaxın işsiz şəxsə iş yerlərinə göndəriş verilib

Son yeniləmə: 13 Oktyabr 2022 12:05

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.

Nazirlikdən BAYRAQDAR MEDİA-ya oktyabrın 13-də verilən məlumata görə, 2022-ci ilin ötən dövründə də proqram üzrə 1 min 582 işsiz şəxsə iş yerlərinə göndəriş verilib: “Bu dövrdə proqramda iştirak üçün müraciət edən 160 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək”.

Mission News Theme by Compete Themes.