Tahsin Ertuğruloğlu: Gözlənilən addımlar atılmazsa, “KKTC-dən çıxın” deyərik
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Kıbrısın türk tərəfinin icazəsi olmadan fəaliyyət göstərən BMT-nin işçi qrupuna ən sərt mesaj verib.
Bununla bağlı məlumatda bildirilir ki, BMT Təhlükəsizlik Şurasının işçi qrupunun mandatının uzadılmasına dair iyulun 28-də qəbul etdiyi qərara toxunan nazir deyib: “Mandatı uzadarkən türk tərəfinin razılığının tələb edilməsi illərdir gündəmə gətirdiyimiz reallıqdır. BMT uzun illərdir ki, buna əməl etmir. Sözdə Kıbrıs hökuməti kimi davrandığı Rum rəhbərliyinin razılığı ilə hər 6 aydan bir mandat uzadılıb”.
BMT-nin yenə də türk tərəfinin tələbini nəzərə almayacağaı təqdirdə hansı addımların atılacağına gəlincə T.Ertuğrulolu bildirib: “Gözlənilən addımlar atılmazsa KKTC-dən çıxın deyərik”.
Mətbuata müsahibəsində ABŞ-ın Kıbrısın rum kəsiminə silah embarqosunu aradan qaldırma qərarını da dəyərləndirən nazir, əlavə edib ki, Türkiyənin burada hərbi dəniz baza qurması məntiqli olar.